Ucnoqta.az
www.ucnoqta.az

<b>Güclü yağış təyyarəni yolundan etdi</b>

14:55 - 2 Fevral 2017 tarixində dərc olunub.

İndoneziyanın Cokyakarta şəhərində sərnişin təyyarəsi hava limanında uçuş-eniş zolağından kənara çıxıb. Ucnoqta.az trend-ə istinadən xəbər verir ki, buna səbəb güclü yağışən yağması olub. İdarəetməni itirən “Boeing 737-800” təyyarəsində 130 sərnişin və heyət üzvü olub. Verilən məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzadan sonra hava limanı müvəqqəti bağlanıb. Həmin hava limanına gələn təyyarələr yaxınlıqdakı aeroportlara yönləndirilib.

Müəllif: Ucnoqta.az