Ucnoqta.az
www.ucnoqta.az

<b>Latviya prezidenti Azərbaycana səfər edəcək</b>

14:37 - 2 Fevral 2017 tarixində dərc olunub.

Latviya prezidenti Raymonds Veyonis mart ayında Azərbaycana səfər edəcək. Latviya prezidentinin ofisindən "Report"a verilən məlumata görə, dövlət başçısı martın 16-18-də keçiriləcək V Bakı Qlobal Forumunda iştirak edəcək. Səfər zamanı R.Veyonis həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Müəllif: Ucnoqta.az