Ucnoqta.az
www.ucnoqta.az

<b>Keniya Cənubi Sudana qoşun göndərməyə razılıq verib</b>

11:38 - 2 Fevral 2017 tarixində dərc olunub.

Keniya hökuməti Cənubi Sudanda dinc sakinləri daxili münaqişənin nəticələrindən qorumaq üçün regional qüvvələrin tərkibində bu ölkəyə qoşun göndərməyə razılıq verib. "Report" xəbər verir ki, bu barədə 30-31 yanvar tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbabada keçirilən Afrika İttifaqı sammitindən qayıdan BMT-nin baş katibi Antoniu Quterriş məlumat verib. Keniya hökuməti generalının sözügedən Afrika ölkəsindəki "mavi dəbilqəlilər"in komandanı vəzifəsindən azad olunmasına cavab olaraq ötən ilin noyabrında BMT-nin Cənubi Sudandakı Missiyasının tərkibindən çıxmışdı.

Müəllif: Ucnoqta.az