Ucnoqta.az
www.ucnoqta.az

<b>Piyadanın avtomobillə vurularaq xəstəxanada ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb</b>

11:30 - 31 Yanvar 2017 tarixində dərc olunub.

Ötən il piyadanın avtomobillə vurularaq xəstəxanada ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Ucnoqta.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 27-də Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Lənkəran rayon sakini Boyli Məlikzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Məlahət Vəliyevanı vurub. Xəstəxanaya yerləşdirilən M.Vəliyeva yanvarın 9-da orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Müəllif: Ucnoqta.az