Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb</b>

10:52 - 31 Yanvar 2017 tarixində dərc olunub.

Bakıda mənzildə Gürcüstan vətəndaşının meyiti tapılıb. "Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayonu Şərifzadə küçəsində yerləşən evlərin birində 1933-cü il təvəllüdlü Osmanov Diley Qurbanoviçin meyiti aşkarlanıb. D.Osmanovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Meyitin üzərində hər hansı bir zorakılıq əlaməti görülməyib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az