Ucnoqta.az
www.ucnoqta.az

Rəşad Sadıqov diplom aldı - <font color=red><b>FOTO</b></font>

15:06 - 30 Yanvar 2017 tarixində dərc olunub.

Bu gün AFFA-nın inzibati binasında UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom təqdim olunub. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş katib Elxan Məmmədov çıxış edərək məşqçiləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş şəxslərin sırasında “Qarabağ”ın və milli komandamızın kapitanı Rəşad Sadıqov, Ağdam klubunun məşqçisi Elçin Rəhmanov, həmçinin yaxın keçmişin tanınmış futbolçuları – Samir Ələkbərov, Cahangir Həsənzadə, Ceyhun Sultanov, Emin İmaməliyev və Mübariz Orucov da yer alıb. 

Müəllif: Ucnoqta.az