Ucnoqta.az
www.ucnoqta.az

<b>Qubada avtobusla yük maşını toqquşub<font color=red> - FOTO</font></b>

12:32 - 30 Yanvar 2017 tarixində dərc olunub.

Qubada yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun Zarat kəndi ərazisində qeydə alınıb. Belə ki, Bakı-Quba marşrutu ilə hərəkət edən avtobusla “KamAZ” markalı yük maşını toqquşub. İlkin məlumata görə, yük maşını avtobusu sıxışdıraraq yoldan çıxarıb. Qəza nəticəsində avtobusun sağ tərəfi əzilib, şüşələri sınıb. Qəza nəticəsində avtobusun sürücüsü Mirzəbala Cəbrayılov xəsarət alıb.

Müəllif: Ucnoqta.az