Ucnoqta.az
www.ucnoqta.az

<b>Xəzərin Azərbaycan sektorunda ardıcıl ikinci zəlzələ baş verib</b>

10:37 - 30 Yanvar 2017 tarixində dərc olunub.

Xəzər dənizinin Azərbaycan sektorunda növbəti dəfə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla yanvarın 29-da saat 22:20-də 3 bal gücündə qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur. Yanvarın 29-da ilk yeraltı təkanlar yerli vaxtla saat 13:06-da 3,3 bal gücündə qeydə alınmışdı.

Müəllif: Ucnoqta.az