Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə üç gözlü buzov doğulub- <font color=red><b>FOTO</b></font>

14:53 - 28 Yanvar 2017 tarixində dərc olunub.

Kürdəmirdə üç gözlü buzov doğulub. "Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, hadisə  rayonun Qarasu kənd sakini Araz Mətətova  məxsus fərdi təsərrüfatda qeydə alınıb. Təsərrüfat sahibinin sözlərinə görə, belə bir hadisəyə birinci dəfədir rast gəlir.
​Baş verən hadisə sakinlərin böyük marağına səbəb olub. Hadisənin digər maraqlı tərəfi isə heyvanın hər 3 gözündə görmə qabiliyyətinin normal olmasıdır. Kürdəmir rayon kənd təsərrüfatı idarəsinin heyvandarlıq şöbəsinin rəisi Cahan Zülfüqarovun sözlərinə görə, belə hadisələr əsasən heyvanın ana bətnində inkişafı zamanı əmələ gələn patoloji  haldır.

Müəllif: Ucnoqta.az