Ucnoqta.az
www.ucnoqta.az

Ağsu sakini intihar edib

14:15 - 28 Yanvar 2017 tarixində dərc olunub.

Ağsu rayonunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Bico kənində qeydə alınıb. Kənd sakini 1985-ci Abdullayev Kamil Hüseyn oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az