Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Güclü qar Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub</b></font>

10:01 - 28 Yanvar 2017 tarixində dərc olunub.

 Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində bir neçə avtomobil toqquşub. Toqquşan avtomobillərdən ikisi yolun kənarındakı maneələrə çırpılıb. Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib. 

Müəllif: Ucnoqta.az