Ucnoqta.az
www.ucnoqta.az

Bakıda lombarddan seyf oğurlanıb: <font color=red><b> içərisində 100 min manat pul və qızıl əşyaları olub</b></font>

15:05 - 27 Yanvar 2017 tarixində dərc olunub.

 Bakıda lombarddan içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb."Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Məmmədcəfər Cəfərov küçəsi 9 ünvanında yerləşən lombarddan içərisində qızıl-zinət əşyaları, həmçinin 100 min manat pul olan seyf oğurlanıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.

Müəllif: Ucnoqta.az