Ucnoqta.az
www.ucnoqta.az

<b> Qırğız Respbulikasının yeni konstitusiyası təsdiqlənib</b>

10:50 - 27 Yanvar 2017 tarixində dərc olunub.

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev ölkənin yenilənmiş konstitusiyasının təsdiqlənməsi haqqında fərman imzalayıb. “Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, təntənəli imzalanma mərasimində baş nazir Sooronbay Jeenbekov, hökumət və parlament üzvləri iştirak edib. A.Atambayev bildirib ki, ölkənin əsas qanununa 40 düzəliş edilib, 60-dan artıq çatışmazlıq aradan qaldırılıb. Qeyd edək ki, ötən il dekabrın 11-də Qırğız Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi üçün referendum keçirilib.

Müəllif: Ucnoqta.az