Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda ağır qəza: <font color=red><b> “VAZ 21099” traktora çırpıldı</b></font>

16:45 - 26 Yanvar 2017 tarixində dərc olunub.

Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Böyük Qışlaq kəndinə gedən yolun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 21099” markalı avtomobilin traktora çırpılması nəticəsində avtomobildə 3 nəfər - Əsrik kənd sakinləri, 1968-ci il təvəllüdlü Şəhla Tağıyeva, onun oğlu 1990-cı il təvəllüdlü Elnur Tağıyev və 1992-ci il təvəllüdlü Rasim Rüstəmov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: Ucnoqta.az