Ucnoqta.az
www.ucnoqta.az

<b>Moskva aeroportlarında 30 reys təxirə salınıb</b>

11:46 - 25 Yanvar 2017 tarixində dərc olunub.

Moskva aeroportlarında 30 reys təxirə salınıb, 13-ü isə gecikir. Ucnoqta.az trend-ə isitnadən xəbər verir ki, "Şeremetyevo" hava limanında 7 reys gecikir, 12-si təxirə salınıb, "Domodedovo"da isə 6 aviareys gecikir, 18-i ləğv edilib. Reyslərin gecikməsi və təxirə salınmasının səbəbi hava şəraiti olub. 

Müəllif: Ucnoqta.az