Ucnoqta.az
www.ucnoqta.az

<b>Avropada silah ticarəti ilə məşğul olan 245 nəfər saxlanılıb</b>

10:56 - 24 Yanvar 2017 tarixində dərc olunub.

Bir sıra Avropa ölkələrində aparılmış əməliyyat zamanı silah ticarətində şübhəli bilinən 245 nəfər saxlanılıb. Bu barədə İspaniyanın Mülki Qvardiyası məlumat yayıb. "Bosphorus" əməliyyatında Avropanın 11 ölkəsindən olan hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib. Ümumilikdə 664 ədəd silah, eyni zamanda 33 min 748 patron, əl qumbarası və səsboğucu götürülüb.

Müəllif: Ucnoqta.az