Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş məhkum həmyerlisini baltalayıb

11:32 - 21 Yanvar 2017 tarixində dərc olunub.

Tovuz sakini həmyerlisini baltalayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da şəhər sakini Kənan Qasımovun başına baltanın arxası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Qasımov tutulub. 

Müəllif: Ucnoqta.az