Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Avtomobil kanala aşdı: </font>1 ölü, 2 yaralı<font color=red> - Astarada</font></b>

15:08 - 19 Yanvar 2017 tarixində dərc olunub.

Ölkənin cənub zonasında ölümlə nəticələnən ağır yol qəzası baş verib. Ucnoqta.az a24.az-a istinadən xəbər verir ki, Astara rayonunun Kijəbə qəsəbəsində rayon sakini Bəylər İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Yusif Məmmədov orada ölüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ucnoqta.az