Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ev sahibi intihar edən kirayənişini xilas edib

17:27 - 17 Yanvar 2017 tarixində dərc olunub.

 Bakıda kirayədə yaşayan kişinin intihara cəhdinin qarşısı alınıb. "Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Rəsulzadə qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü E.İ kirayədə yaşadığı evin həyətində özünü iplə asıb. Bunu görən ev sahibi onu dərhal xilas edib. E.İ. 1 nsaylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az