Ucnoqta.az
www.ucnoqta.az

Dağlıq Qarabağda erməni əsgər digərini güllələyib

14:33 - 17 Yanvar 2017 tarixində dərc olunub.

Dağlıq Qarabağda erməni əsgər yaralanıb.APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Qurgen Sarkisyanın əsgər yoldaşı tərəfindən yaralandığı ehtimal olunur.Səbəb kimi həmin şəxsin silahla ehtiyatsız davranması göstərilir.Hadisə yanvarın 16-da saat 23.55-də döyüş postunda baş verib.
Q. Sarkisyanın vəziyyətinin çox ağır olduğu bildirilir. 

Müəllif: Ucnoqta.az