Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red><b>Yük və minik maşınları toqquşdu: </b></font>xəsarət alanlar var<font color=red> - Lənkəranda</font></b>

13:33 - 13 Yanvar 2017 tarixində dərc olunub.

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Gərmətük kəndi ərazisində qeydə alınıb.

Astara rayon sakini, 1974-cü il təvəllüdlü Əsgərov Extiyar İzzət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Hamlet Bəxtiyar Hüseynovun idarə etdiyi  “KamAZ” markalı yük maşınına çırpılıb.

Minik maşınının sürücüsü  və avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü İzətulla Əziz oğlu Qulamov müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az