Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildən 12 min dollar oğurlanıb

13:27 - 12 Yanvar 2017 tarixində dərc olunub.

Bakıda mənzildən 12 min dollar oğurlanıb."Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxslər Asif Məmmədov küçəsi ev 143 ünvanındakı mənzillərdən birindən 500 manat, 1 000 avro və 12 000 ABŞ dollar oğurlayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Müəllif: Ucnoqta.az