Ucnoqta.az
www.ucnoqta.az

<b>Abşeron magistral qaz kəmərləri sahəsində təmir aparılır</b>

11:32 - 12 Yanvar 2017 tarixində dərc olunub.

Yanvarın 12-də saat 10:00-dan  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”nda cari təmir işləri aparılmağa başlanıb.

Ucnoqta.az SOCAR-a istinadən xəbər verir ki, işlər saat 18:00-dək davam edəcək.

Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Müəllif: Ucnoqta.az