Ucnoqta.az
www.ucnoqta.az

<b>Azərbaycan vətəndaşı sərhəddən gizli valyuta keçirmək istəyib</b>

10:33 - 12 Yanvar 2017 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az