Ucnoqta.az
www.ucnoqta.az

<b>Mosulun şərq hissəsinin 70-80 faizi azad olunub</b>

09:48 - 12 Yanvar 2017 tarixində dərc olunub.

İraq ordusu İŞİD terror qruplaşmasının nəzərəti altında olan Mosul şəhərinin şərq hissəsinin 70-80%-ni azad edib. Bu bəyanatla çərşənbə günü brifinqdə ABŞ-ın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyat aparan qoşun qrupunun nümayəndəsi polkovnik Brett Silvia çıxış edib.

Onun sözlərinə görə, şəhər uğrunda mübarizə davam edir və Mosulun qərb hissəsində hələ böyük döyüşlər onları gözləyir.

Müəllif: Ucnoqta.az