Ucnoqta.az
www.ucnoqta.az

<b>Neft bahalaşdı</b>

09:20 - 12 Yanvar 2017 tarixində dərc olunub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,71 dollar yaxud 1,28% bahalaşıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,38 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Müəllif: Ucnoqta.az