Ucnoqta.az
www.ucnoqta.az

<b>İki yük maşını və təcili tibbi yardım avtomobili toqquşdu:<font color=red> 5 ölü, 2 yaralı</font></b>

11:30 - 11 Yanvar 2017 tarixində dərc olunub.

Rusiyanın Saxalin bölgəsində yol qəzası baş verib. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iki yük avtomobili və təcili tibbi yardım avtomobili toqquşub.

Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.

Müəllif: Ucnoqta.az