Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi İli elan edib</b></font>

14:14 - 10 Yanvar 2017 tarixində dərc olunub.

 Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Qeyd edək ki, bu il 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az