Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Etibar Məmmədov Almaniyaya gedir</b></font>

11:52 - 10 Yanvar 2017 tarixində dərc olunub.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov yanvarın 15-dən 17-dək Almaniyada səfərdə olacaq. Bu barədə "Report"a AMİP-in sədr əvəzi Arzuxan Əlizadə məlumat verib. O bildirib ki, səfərdə məqsəd AMİP-in də üzv olduğu Beynəlxalq Demokrat İttifaqının toplantısında iştirak etməkdir. E.Məmmədovu partiyanın beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev müşayiət edəcək.

Müəllif: Ucnoqta.az