Ucnoqta.az
www.ucnoqta.az

<b>Filippində 7,3 bal gücündə zəlzələ baş verib</b>

11:49 - 10 Yanvar 2017 tarixində dərc olunub.

Filippinin Xolo adasının cənub-şərqində 7,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə "Report" ABŞ Geologiya xidmətinə istinadən xəbər verir.

Zəlzələ Qrinviç vaxtı ilə səhər saat 06:13-də qeydə alınıb. Yeraltı təkanların ocağı 622 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.

Müəllif: Ucnoqta.az