Ucnoqta.az
www.ucnoqta.az

<b>"Türk Hava Yolları" bütün reysləri ləğv etdi</b>

17:00 - 9 Yanvar 2017 tarixində dərc olunub.

"Türk Hava Yolları" (THY) aviaşirkəti əlverişsiz hava şəraiti səbəbindən İstanbul aeroportlarında yerli vaxtla saat 18:00-dək olan reysləri təxirə salıb.

Ucnoqta.az trend-ə istinadən xəbər veriri ki, bu barədə THY-nin rəhbəri Bilal Ekşi bildirib.

Havaya qalxan təyyarələr yaxın şəhərlərdəki aeroportlara istiqamətləniblər.

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb. 

Müəllif: Ucnoqta.az