Ucnoqta.az
www.ucnoqta.az

<b>İstanbulda qarın hündürlüyü 122 sm-ə çatıb</b>

13:46 - 9 Yanvar 2017 tarixində dərc olunub.

Türkiyənin İstanbul şəhərində qeyri-sabit hava şəraiti davam edir. Trend İstanbul bələdiyyəsinə istinadən məlumat verir ki, şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb.

Qarlı hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər.

Müəllif: Ucnoqta.az