Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıdan İstanbula reyslər təxirə salınmayacaq<font color=red> - Kəskin hava şəraiti ilə bağlı</font></b>

13:00 - 9 Yanvar 2017 tarixində dərc olunub.

Türkiyədə davam edən kəskin hava şəraiti Bakı-İstanbul reyslərinə təsir göstərməyib. Ucnoqta.az xəbər veriri ki, bu barədə trend-ə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından məlumat verilib.

Bundan əlavə, hava limanında digər istiqamətlərdə də uçuşların təxirə salınması planlaşdırılmır.

Qeyd edək ki, bu gün "Türk Hava Yolları” aviaşirkəti İstanbulun hava limanlarında 378 ölkədaxili və beynəlxalq reysi təxirə salıb.

Müəllif: Ucnoqta.az