Ucnoqta.az
www.ucnoqta.az

Bağdadda növbəti partlayış: <font color=red><b>12 ölü, 50 yaralı</b></font>

11:06 - 8 Yanvar 2017 tarixində dərc olunub.

İraqın paytaxtı Bağdadda partlayış nəticəsində azı 12 nəfər ölüb, 50 nəfər yaralanıb. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bomba ilə yüklənmiş avtomobil Bağdadın şərq hissəsində partlayıb.
Qeyd edək ki, yanvarın 5-də Bağdadın Bab əl-Muazam rayonunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 21 nəfər yaralanıb.

Müəllif: Ucnoqta.az