Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Con Kerri siyasətdən gedir</b></font>

12:40 - 6 Yanvar 2017 tarixində dərc olunub.

ABŞ dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasını başa vuracaq. "Report" xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

73 yaşlı C.Kerri 2013-cü ilin fevral ayından dövlət katibi vəzifəsində çalışır və Barak Obama administrasiyası ilə birlikdə istefaya gedəcək.

Qeyd edək ki, C.Kerri təxminən 30 il ərzində Massaçusets ştatından senator olub. O, 2004-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasından namizəd olsa da, seçkilərdə ikinci müddətə dövlət başçısı seçilən kiçik Corc Buşa məğlub olub.

Müəllif: Ucnoqta.az