Ucnoqta.az
www.ucnoqta.az

<b>Vertolyot qəzaya uğradı:<font color=red> 2 ölü</font></b>

12:35 - 6 Yanvar 2017 tarixində dərc olunub.

ABŞ-ın Kaliforniya ştatında vertolyot Los-Anceles şəhərinin limanı ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər ölüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın Sahil Mühafizəsi məlumat yayıb.

"Biz dalğıclar dalğaqıran yaxınlığında, suyun dərinliyində (Sakit okean) vertolyotun qalıqlarını aşkar etdikdən sonra axtarış işlərini dayandırdıq", - deyə Sahil Mühafizəsindən bildirilib.
Onun məlumatına görə, hadisə nəticəsində pilot Kristofer Rid və limanın fotoqrafı Maykl Castis həlak olub.

Müəllif: Ucnoqta.az