Ucnoqta.az
www.ucnoqta.az

<b>Şimali Koreyadan Cənubi Koreyaya sığınanların sayı açıqlanıb</b>

11:18 - 5 Yanvar 2017 tarixində dərc olunub.

Ötən bir il ərzində Cənubi Koreyaya 1,4 min şimali koreyalı qaçıb. TASS xəbər verir ki, bu haqda Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, 2016-cı il ərzində Şimali Koreyadan Cənubi Koreyaya 1414 şimali koreyalı sığınıb: “Bu, 2015-ci illə müqayisədə 11 faiz çoxdur. Ötən ilin sonuna olan məlumata görə, Cənubi Koreyada 30,2 min şimali koreyalı yaşayır”.

Müəllif: Ucnoqta.az