Ucnoqta.az
www.ucnoqta.az

Füzulidə mina partladıcısı aşkar edilib

19:25 - 4 Yanvar 2017 tarixində dərc olunub.

 Füzuli rayonunun Böyük Bəhmənli kəndində su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd TM-62 tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar edilərək götürülüb. Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Ümumilikdə agentlik tərəfindən yanvarın 1-dən 4-dək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az