Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə qadın abort zamanı ölüb

19:09 - 4 Yanvar 2017 tarixində dərc olunub.

Gəncədə ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində qeydə alınıb. Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Aslanova Gülşən Şəmsəddin qızı abort zamanı ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az