Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün baş verən yol qəzalarında 7 nəfər ölüb

11:30 - 4 Yanvar 2017 tarixində dərc olunub.

Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 7 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən yol qəzalarının hamısı bölgələrdə baş verib. Kürdəmirdə baş verən hadisədə 2 nəfər, Masallıda baş verən yol qəzasında 2 nəfər, Beyləqan, Quba və Sumqayıtda baş verən yol qəzalarında isə hər birində 1 nəfər ölüb. 

Müəllif: Ucnoqta.az