Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda partlayış: 19 yaralı

10:44 - 4 Yanvar 2017 tarixində dərc olunub.

Pakistanda polis avtomobili yoldan keçərkən partlayıcı qurğu işə düşüb.Trend-in "Assoşieyted Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.Partlayış səhər saatlarında Xayber-Paxtunxva vilayətinin Dəra-İsmayıl-Xan şəhərində baş verib. Yaralılardan 4-ü polis əməkdaşı, 15-i isə həmin vaxt yoldan keçənlərdir.Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az