Ucnoqta.az
www.ucnoqta.az

ATƏT-də sədrlik Avstriyaya keçib

00:10 - 1 Yanvar 2017 tarixində dərc olunub.

 Bu gündən - yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Almaniyadan Avstriyaya keçib.
"Report" xəbər verir ki, Avstriya 2017-ci il ərzində təşkilata rəhbərlik edəcək.
Qeyd edək ki, sədr dəyişikliyi rotasiya sistemi əsasında hər il baş verir.

Müəllif: Ucnoqta.az