Ucnoqta.az
www.ucnoqta.az

Metro stansiyalarının iş qrafiki dəyişdirildi- <font color=red><b>31 dekabrda</b></font>

12:55 - 30 Dekabr 2016 tarixində dərc olunub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının iş qrafikində dəyişiklik edib.Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Onun sözlərinə görə, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır:
"Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".

Müəllif: Ucnoqta.az