Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb

12:32 - 29 Dekabr 2016 tarixində dərc olunub.

Rusiyada axtarışda olan şəxs Azərbaycanda yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci (quldurluq) maddəsi ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı Rafiq Musayev tutulub.

Müəllif: Ucnoqta.az