Ucnoqta.az
www.ucnoqta.az

Gəncə sakini dəm qazından zəhərlənib

22:13 - 28 Dekabr 2016 tarixində dərc olunub.

Gəncədə dəm qazından zəhərlənmə olub. APA-nın məlumatına görə, şəhər sakini 1960-ci il təvəllüdlü Məmmədova Solmaz Allahverdi qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
O dərhal xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərildikdən sonra S. Məmmədovanın vəziyyəti normallaşıb.

Müəllif: Ucnoqta.az