Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ-da təyyarə qəzası nəticəsində 3 nəfər ölüb</b>

11:45 - 28 Dekabr 2016 tarixində dərc olunub.

Birləşmiş Ştatların Tenessi ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tenessi Milli Ordu Qvardiyası qəza yerini ştatın Qreyt-Smoki-Mauntins milli parkının dağlarında aşkar edib.
Ölənlər arasında 2 böyük və bir 8 yaşlı uşaq var.
ABŞ-ın Federal Aviasiya İdarəsinin məlumatına görə, sərnişinlərdən biri nasazlıq yarandığı zaman idarə ilə əlaqə saxlamağa cəhd göstərib.

Müəllif: Ucnoqta.az