Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Tramp:</font> "BMT ancaq görüş və xoş vaxt keçirmə yeridir"</b>

11:19 - 27 Dekabr 2016 tarixində dərc olunub.

Birləşmiş Millətlər Təşkilatının böyük potensialı var. Lakin hazırda o özünü ancaq görüş və xoş vaxt keçirmə yeri kimi təqdim edir.

"Report" xəbər verir ki, bu fikirləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Twitter" şəbəkəsindəki bloqunda yazıb.

ABŞ prezidentinin fikrincə, insanlar özünü klub kimi təqdim edən BMT-də görüşür, söhbət edir və xoş vaxt keçirirlər. "Bu kədərlidir" – deyə o qeyd edib.

Müəllif: Ucnoqta.az