Ucnoqta.az
www.ucnoqta.az

Moskvada 3 vağzaldan insanlar təxliyyə olunub

15:03 - 26 Dekabr 2016 tarixində dərc olunub.

Bomba xəbərdarlığı ilə əlaqədar Rusiyanın paytaxtı Moskvanın üç dəmir yolu vağzalından insanlar təxliyyə edilib.APA-nın TASS-a istinadən yaydığı məlumata görə, bu stansiyalara partlayıcı qurğu qoyulduğu barədə hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub. Nəticədə paytaxtın Yaroslavsk, Leninqradsk və Kazansk vağzallarından insanlar çıxarılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən briqadalar və təcili yardım maşınların göndərilib. 
Hazırda kinoluqlar xüsusi itlərlə binaları müayinə edir. Anonim zəng edənin şəxsiyyəti müəyyənləşdirilir və onun saxlanılması istiqamətində işlər  aparılır.

Müəllif: Ucnoqta.az