Ucnoqta.az
www.ucnoqta.az

<b>Partlayıcı dolu avtomobil partladıldı<font color=red> - Zirehli polis maşınının yaxınlığında</font></b>

12:56 - 26 Dekabr 2016 tarixində dərc olunub.

Əfqanıstanın cənubundakı Hilmənd vilayətində bu gün güclü partlayış baş verib.

Bu barədə "Report" "TOLOnews" telekanalına istinadən xəbər verir. Partlayıcı qurğu olan avtomobili idarə edən terrorçu-kamikadze özünü zirehli polis maşınının yaxınlığında partladıb. Hadisə Ləşkərgah şəhərində baş verib.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir. 

Müəllif: Ucnoqta.az