Ucnoqta.az
www.ucnoqta.az

<b>Ermənistanda kəşfiyyat rəisinin kompüterindəki məlumatları oğurlamaq istəyən hərbçi cərimələnib</b>

12:51 - 26 Dekabr 2016 tarixində dərc olunub.

Ermənistan məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissənin kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi məlumatları oğurlamağa cəhd göstərən hərbçini cərimələyib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, oğurluğa cəhd hadisəsi bu il aprelin 6-da baş verib. Məhkəmə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini, Arsen adlı erməni hərbçisini cərimələyib. İnformasiyaya görə, o, kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi materiallar olan sərt diski öz kompüterinin diski ilə dəyişdirmək istəyən zaman tutulub.  

Müəllif: Ucnoqta.az